Türkiyədə Azərbaycan ilk beşliyə girdi

16:10 | 01.09.2014
Türkiyədə Azərbaycan ilk beşliyə girdi

Türkiyədə Azərbaycan ilk beşliyə girdi

Türkiyədə ev alan azərbaycanlıların sayı artıb. ANS PRESS-in məlumatına görə, Azərbaycan Türkiyədə daşınmaz əmlak alan ölkələr arasında ilk beşliyə daxil olub.Türkiyə mətbuatının yazdığına görə, məhz bu səbəbdən Türkiyənin daşınmaz əmlak firmaları Körfəz ölkələrindən Azərbaycan üz tutub. Belə ki, noyabrın 14-16-da Azərbaycanda daşınmaz əmlakla bağlı sərgilər keçiriləcək. Sərgidə 35 türk firması iştirak edəcək.Türkiyəli mütəxəssislər hesab edir ki, azərbaycanlı iş adamları İstanbulun iqtisadi inkişafında mühüm rol oynayır. Çünki azərbaycanlılar əsasən İstanbulda daşınmaz əmlak almağa üstünlük verirlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM