Türkiyədə beş separatçı kürd deputat azadlıqda, amma...

12:48 | 06.01.2014
Türkiyədə beş separatçı kürd deputat azadlıqda, amma...

Türkiyədə beş separatçı kürd deputat azadlıqda, amma...

PKK terrorçularına, Türkiyəni bölmək istəyənlərə qarşı savaşların qəhrəmanı olan general Engin Alan hazırda cəza evində.

Türkiyədə beş BDP millət vəkili həbsdən azad edilib. Türkiyə mətbuatının verdiyi xəbərə görə, onlar Selma Irmak, Kemal Aktaş, Faysal Sarıyıldız, Gülser Yıldırım və İbrahim Ayhandır.

PKK simpatizanları Konstitusiya Məhkəməsinə etdikləri fərdi müraciət nəticəsində həbsdən azad ediliblər. Onlar bir neçə il idi ki, terror təşkilatı üzvü olmaqda ittham edilərək həbs olunmuşdular. 

BDP millət vəkilləri Selma İrmak və Faysal Sarıyıldız deputatı olduğu bölgədə coşqu ilə qarşılanıb. Şırnakın Cizre mahalında minlərlə adam tərəfindən qarşılanan millət vəkillərini 20 mindən artıq insan görmək üçün toplaşıb. 

Mitinqə bənzəyən qarşılanma mərasimində Faysal Sarıyıldız kütləyə kürdcə xitab edib. O, kürd xalqına salamlarını göndərdiyini bildirib. O, terrorist başı Aponun tərəfdarlarına və zindandakı bütün dostlarına salamlarını göndərdiyini də dilə gətirib.

Sarıyıldız kürdlərin azadlıq mübarizəsinin uğurla nəticələnəcəyini bildirib. O deyib ki, millət vəkilləri azadlığa çıxsa da, sevincləri tam deyil, çünki minlərlə yoldaşları azadlıqda deyil. O həmçinin deyib ki, ömürlük həbs cəzasına məhkum edilən PKK-nın lideri Abdullah Öcalan həbsxanadan çıxmadan özlərini azad saymayacaqlar. (Yeni Müsavat)

Millət vəkili Selma İrmak da çıxışında kürd problemi demokratik yollarla həll edilmədən rahat olmayacaqlarını vurğuladı. O, kürdlərin mübarizəsinin yüksəldiyini də bildirib.

Lakin Milliyyətçi Hərəkat Partiyasından deputat seçilmiş general Engin Alan hələ də həbsdədir. PKK terrorçularına, Türkiyəni bölmək istəyənlərə qarşı savaşların qəhrəmanı olan general hazırda cəza evində qalan yeganə tutuqlu millət vəkilidir.(ANS Press)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM