Türkiyədə dini təhsil gücləndirilir: Sekulyarlar qəzəblidirlər

14:15 | 09.12.2014
Türkiyədə dini təhsil gücləndirilir: Sekulyarlar qəzəblidirlər

Türkiyədə dini təhsil gücləndirilir: Sekulyarlar qəzəblidirlər

Türkiyənin təhsil şurası uşaqlar üçün dini dərslərin icbari ediməsi və aşağı ibtidai siniflərdə "dəyərlərin tədrisi" planının təklifinə görə tənqidə məruz qalıb.

Tənqidçilər bu təkliflərdən hökumətin niyyətinin təhsil sisteminin dünyəviliyini dəyişdirmək olduğundan narahatdlırlar.

Hökumət isə iddia edir ki, islahatlar gələcəyin "maarifləndirilməsinə" xidmət edəcək.

Şuranın tövsiyələri hələ Təhsil Nazirliyi tərəfindən təsdiq edilməlidir.
Türkiyədə artıq 9 yaşından dini təhsil icbaridir, lakin Milli Təhsil Şurası özünün şənbə günü keçirilən iclasında qərara gəlib ki, icbarilik 6 yaşından tətbiq edilsin.

Ateistlər

Şura həmçninin yuxarı siniflərdə dini dərslərin həftədə bir saatdan iki saatadək artırılmasını tövsiyə edib.

Başqa təkliflərə görə, uşaqlar dördüncü sinifdən başlayaraq Quranı əzbərləmək üçün məktəbdən iki illik müddətə ayrıla bilərlər.

Planlara görə turizmə dair dərslərdə uşaqlara alkoqollu içkilərin müştəriyə xidmət edilməsi qaydaları öyrədilməməlidir.

Yerli media yazır ki, ibtidai siniflərdə dini təhsilin icbari edilməsi təklifi sonradan rədd edilsə də, ictimaiyyət arasında böyük hiddətə səbəb olub.
"Today's Zaman" qəzeti qeyd edir ki, yeni planlara ötən həftə keçirilmiş debatlarda etiraz edənləri "ateist" adlandırblar.

Bu təkliflər opponentlərin qəzəbinə səbəb olub. Onlar inanırlar ki, hakim Ədalət və İnkişaf Partiyası məktəb tədrisinə müdaxilə edir.
Türkiyənin əsas müxalifət lideri Kemal Kılıcdaroğlu şuranı "cəmiyyəti geriyə" çəkməkdə ittiham edib.

BBC Azeri
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti