İstanbul məhkəməsi vəkillərin vəsadətlərini təmin edərək "Gürz" ("Balyoz") dövlət çevrilişi planı haqqında iş üzrə 236 nəfərə bəraət verib.
ANN.Az APA-ya istinadən xəbər verir ki, bəraət almışlar arasında sabiq yüksək rütbəli hərbçilər, siyasətçilər və jurnalistlərin adı var.
Antalyanın 4-cü ağır cinayətlər məhkəməsi istintaqa cəlb olunanların günahlarının sübuta yetirilmədiyini, əvvəl təqdim olunan dəlil-sübutların hökm çıxarmaq üçün kifayət etmədiyini qərara alıb.
Xatırladaq ki, "Balyoz" işi üzrə hökm 2012-ci ildə verilmişdi. Məhkəmə prosesində ümumilikdə 365 nəfər keçib, onlardan 250 nəfəri həbs edilmişdi.
ANN.Az
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !