Türkiyədə əməliyyat olunan Rafiq Hüseynov xəstəxanadan çıxdı

18:45 | 18.12.2013
Türkiyədə əməliyyat olunan Rafiq Hüseynov xəstəxanadan çıxdı

Türkiyədə əməliyyat olunan Rafiq Hüseynov xəstəxanadan çıxdı

Tanınmış diktor dekabrın 21-də Bakıya qayıdacaq

Türkiyədə əməliyyat olunan xalq artisti, tanınmış diktor Rafiq Hüseynov dekabrın 21-də Bakıya qayıdacaq.

 

R. Hüseynovun xanımı Səbinə Hüseynovanın APA-ya verdiyi məlumata görə, o bu gün xəstəxana palatasından otelə köçürülüb: “Bu gün həkimlər müayinə etdilər, qərar verdilər ki, ev şəraitində müalicə ala bilər. Rafiqi bu gün otelə yerləşdirdik. Özünü yaxşı hiss edir, bir az nəfəs almağında çətinlik var, amma həkimlər deyir ki, bir müddət sonra nəfəs alması da normallaşacaq. İnşallah, cümə günü son müayinə ediləcək, ayın 21-i Bakıda olacağıq”.

 

S. Hüseynova əlavə edib ki, xəstəxanadan əməliyyat xərcləri ilə bağlı onlara hər hansı müraciət olmayıb: “Müalicə xərcləri haqqında bizə heç nə demədilər. Heydər Əliyev Fondu bütün xərcləri öz üzərinə götürüb? əməliyyatın neçəyə başa gəlməsini də bizə deməyiblər”.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM