Bu gün 2007-ci ildə başlayan və dalğa-dalğa həyata keçirilən əməliyyatlar və həbslər nəticəsində Türkiyənin bir nömrəli gündəmini təşkil edən “Ergenekon” prosesində ardıcıl olaraq azadlığa buraxılmalar barədə məlumatlar verilir.
Türkiyədə Ergenekon prosesi ilə əlaqədar həbs edilmiş çox sayda şübhəli bu gün azad edilib. Azad edilənlər arasında Yalçın Küçükdən başqa, Tuncay Özkan, təqaüddə olan polkovnik Levent Göktaş, Sədat Peker, vəkil Kamal Kerinçsiz, təqaüddə olan polkovnik Dursun Çiçək, İbrahim Şahin, Alparslan Arslan, Məhmət Əli Çələbi, sabiq birinci ordu komandanı Həsən İğsız, keçmiş Jandarma Komantanı Şənər Eruyğur, journalist Mərdan yanardağ, Ələddin Sevim, Doğu Perinçek, Müzəffər Təkin, Həsən Atilla Uğur, Hikmət Çiçək var.
Bununla belə Ergenekon prosesi ilə əlaqədar azad edilmələrinə baxmayaraq şübhəlilərdən Dursun Çiçək və Hakimə qarşı söyüş söydüyü əsas gətirilən Alparslan Arslan digər məhkəmə prosesi ilə əlaqədar azadlığa çıxa bilməyəcəklər.
Vəli Küçük, Levent Ersöz, Bədri Gültəkin, Sərdar Öztürk, Həsən Ataman Yıldırım və Erkan Önselin həbsdən azad edilmə barədə vəsatətləri 3-cü ağır cəza Məhkəməsi tərəfindən təmin edilməyib.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin keçmiş baş hərbi qərargah rəisi təqaüddə olan General İlkər Başbuğ Ergenekon işi ilə əlaqədar həbsdən azad edilmişdi.
***
saat 20:53
APA-nın “Hürriyət"-ə istinadən verdiyi məlumata görə, akademik Yalçın Küçükdən sonra Ağır Cəza məhkəməsi Məhmət Əli Çələbi, Həsən İğsız, Şənər Eruygur, Mərdan Yanardağ və Ələddin Sevimin azadlığa buraxılması barədə qərar qəbul edib.
Qeyd edək ki, bundan əvvəl Ergenekon işi əlaqədar həbs edilmiş Tuncay Özkan, təqaüddə olan polkovnik Levent Göktaş və Sədat Pekerdən sonra vəkil Kamal Kerinçsiz, təqaüddə olan Dursun Çiçək, İbrahim Şahin və Alparslan Arslanın həbsdən azad edilməsi barədə qərar verilmişdi.
Bu arada, Ergenekon işi ilə əlaqədar həbsdən azad etmə qərarlarını verən İstanbul 20-ci Ağır Cəza Məhkəməsi Kamal Kerinçəsizə ölkə xaricinə çıxmaq barədə qadağa qoyub. Sözü gedən şəxslərin Ergenekon prosesi ilə əlaqədar azad edilməsinə baxmayaraq, hakimlərə qarşı söyüş söydüyü əsas gətirilən Alparslan Arslan daha 4 il 2 ay həbsdə qalacaq.
APA