Türkiyə İŞİD-i bəhanə edib hərəkətə keçən pkk-çı kürdlərin etiraz aksiyaları davam edir. Müxtəlif şəhərlərdə baş verən etirazlarda 20-dən yuxarı şəxs ölüb.
ANN.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə gündür paytaxt Ankarada keçirilən aclıq aksiyası dünən aksiyaçıların şəhər mərkəzinə yürüş edib yolu kəsməsilə toqquşmalara səbəb olub. Belə ki, polisin 20 dəqiqə ərzində xəbərdarlıqlarına baxmayaraq, aksiyaçılar yolu açmayıb. Bundan sonra TOMA-lar, gözyaşardıcı qazlar işə düşüb. Qeyd edək ki, pkk-çı kürdlər hakim partiyanı İŞİD-lə əməkdaşlıqda və hərbi əməliyyatlar keçirməməkdə ittiham edirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !