Türkiyədə gəmi çevrildi: 10 nəfər öldü

01:13 | 24.12.2013
Türkiyədə gəmi çevrildi: 10 nəfər öldü

Türkiyədə gəmi çevrildi: 10 nəfər öldü

Ölənlər arasında 8 nəfər hərbçi var.

Türkiyədə gəminin çevrilməsi nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə İzmirdə, Alaybey gəmiqayırma zavodunda baş verib. Daha 3 nəfərin taleyi naməlum olaraq qalır.

Türkiyə Hərbi-Dəniz Qüvvələrinə aid “TCG Değirmendere” buksir gəmisi təmir işləri başa çatdıqdan sonra bu gün günorta saatlarında Egey dənizinə çıxmışdı. Elə həmin vaxt gəminin içərisinə dəniz suyu dolub. 

Gəminin qəflətən sağ tərəfə aşdığı və hadisənin 20 saniyə çəkdiyi bildirilir.

Ölənlər arasında 8 nəfər hərbçi, 2 nəfər mülki şəxs olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM