Türkiyənin Atom Elektrik Stansiyası (AES) layihəsi çərçivəsində ilk AES-in (Akkuyu Atom Elektrik Stansiyası) təməlqoyma mərasimi keçirilib.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, tədbirdə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız da iştirak edib.
Məlumatda bildirilib ki, ilkin dəyərləndirməyə əsasən tikinti 8 milyard dollara başa gələcək. Stansiya 9 ballıq zələzələyə davam gətirəcək. AES-in 2016-cı ilin sonunda istismara veriləcəyi planlaşdırılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !