Türkiyədə məhkəmə ilk ateist təşkilatın saytına girişi bağlayıb. Bu barədə Al Arabiya məlumat yayıb.
Oxu.Az Qazeta-ya istinadən xəbər verir ki, məhkəmə saytın fəaliyyətini əksəriyyətin İslam dininə etiqad etdiyi ölkədə "dini dəyərləri təhqir edən” hesab edib.
Təşkilatın nümayəndələri öz növbəsində məhkəmə qərarını qanunsuz və antidemokratik adlandıraraq bəyan ediblər ki, bu qərar Türkiyənin xarici aləmdə imicinə mənfi təsir edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !