Suriyanın Kobani şəhərinə İŞİD hücumlarına etiraz məqsədilə keçirilən aksiyalarda iğtişaşlar zamanı ölənlərin sayı, ən son məlumatlara görə, 32-yə çatıb.
ANN.Az xəbər verir ki, İŞİD bəhanəsiylə küçələrə çıxan etirazçılar müxtəlif silahlardan, bıçaq və dəyənəkdən, hətta daşdan istifadə edərək qarşılarına çıxan adamları öldürüblər. Hətta küçədən keçən və aksiya ilə heç bir əlaqəsi olmayan sadə adamlar da onların qurbanı olub. Siirtdə əvvəlki günlərdə yaralanan 2 vətəndaş dünən axşam vəfat edib. Eləcə də İstanbulda bir şəxs beyin ölümü keçirib. Qaziantepdə yaşanan qarşıdurmada 4 nəfər, Bingöldə polislərə təşkil edilən silahlı sui-qəsd zamanı isə həyatını itirən təhlükəsizlik əməkdaşları ilə birgə ölü sayı 32-yə yüksəlib.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !