Türkiyədə məhkəmə “YouTube”un açılmasına qərar verdi

13:09 | 04.04.2014
Türkiyədə məhkəmə “YouTube”un açılmasına qərar verdi

Türkiyədə məhkəmə “YouTube”un açılmasına qərar verdi

Türkiyədə “Twitter”dən sonra “YouTube” da məhkəmə qərarı ilə açılacaq.

APA-nın xəbərinə görə, Ankaranın Gölbaşı rayon məhkəməsi “YouTube”a girişin qadağan olunması barədə qərarı ləğv edib. Qərar TİB (Telekommünikasyon İletişim Başkanlığı) adlanan dövlət  telekommunikasiya qurumu tərəfindən icra olunduqdan sonra vətəndaşlar yenidən sərbəst şəkildə “YouTube”a daxil ola biləcəklər.     

 

Qeyd edək ki, Türkiyə Konstitusiya Məhkəməsi aprelin 3-də vətəndaşların fərdi müraciətləri əsasında “Twitter”ə girişin qadağan olunması barədə qərarı ləğv edib.  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM