​Türkiyədə üç nazir istefa verəcək

10:16 | 03.03.2015
​Türkiyədə üç nazir istefa verəcək

​Türkiyədə üç nazir istefa verəcək

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan, daxili işlər naziri Əfkan Ala martın 6-da tutduqları istefa verəcəklər.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Portuqaliyaya rəsmi səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərin görə, həmin tarixdən ədliyyə naziri postunu Kənan İpək, daxili işlər naziri vəzifəsini Sabahattin Öztürk tutacaq, gəmiçilik və kommunikasiyalar naziri isə Feridun Bilgin olacaq.

Xatırladaq ki, vəzifələrindən azad edilən namizədlər iyunun 7-də keçiriləcək parlament seçkilərində namizəd olaraq iştirak edəcəklər. Ölkə qanunlarına əsasən, millət vəkilliyinə namizədliyi irəli sürülən hökumət üzvləri və məmurlar martın 6-dək (seçkilərə 3 ay qalmışadək) tutduqları vəzifədən istefa verməlidir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM