Türkiyədə rüşvət, korrupsiya, qaçaqmalçılıq ittihamları əsasında bir sıra tanınmış şəxslərin həbsinə sanksiya vermiş Zəkəriyyə Öz İstanbul baş prokurorunun birinci müavini vəzifəsindən kənarlaşdırılaraq Bakırköy prokurorluğuna təyinat alıb.APA-nın “Haberturk”ə istinadən verdiyi xəbərə görə, müvafiq qərar ötən gün Hakimlər və Prokurorlar Yüksək Qurumu tərəfindən “rüşvət qalmaqalı” ilə bağlı ortaya çıxan yeni iddiaları araşdırarkən verilib. Zəkəriyyə Özlə bağlı qərarda bildirilib ki, İstanbulda həyata keçirilən əməliyyatla bağlı istintaq işinin 6 əvvəl sona çatmasına baxmayaraq iş üzrə materiallar məhkəməyə verilməyib. Qərarda həmçinin Zəkəriyyə Özün Dubayda bir tikinti şirkətinin dəvəti ilə tətildə olması iddiası da öz əksini tapıb. Xatırladaq ki, bir neçə gün əvvəl türk mətbuatında dərc edilmiş iddiaya əsasən, prokuror Zəkəriyyə Öz və onu müşayiət edən 8 nəfər Dubayda beş ulduzlu otellərin birində istirahət edib. Məlumata görə, onun 77 min lirəlik (təxminən 30 min manat) hesabını tikinti şirkətlərindən biri ödəyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !