Türkiyədə “Qarabağ” adlı film çəkildi

09:34 | 30.12.2013
Türkiyədə “Qarabağ” adlı film çəkildi

Türkiyədə “Qarabağ” adlı film çəkildi

Şimali Kiprin Yaxın Doğu Universitetində təhsil alan azərbaycanlı tələbə Niyazi Səlimbəyli Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ” filminin çəkilişlərini başa çatdır;b.

AzərTAc xəbər verir ki, film universitetdə təhsil alan azərbaycanlı və türk tələbələrin birgə əməyi nəticəsində ərsəyə gəlib.

Qarabağ müharibəsindən bəhs edən 18 dəqiqəlik filmin lentə alınmasının əsas məqsədi gənclərin gözü ilə Qarabağ həqiqətlərini bir daha dünyaya çatdırmaqdır.

Filmdə baş rollarda Sitkiye Devgüm, Şems Çetin, Nigar Umudlu, Egemen Türk çəkiliblər. Ekran əsərində, həmçinin Ukrayna, İraq, Şimali Kipr, Türkmənistan, Azərbaycan və Türkiyədən olan aktyorlar da rol alıblar.

Film yaxın günlərdə “youtube” videopoartalında da yerləşdiriləcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM