Türkiyə hökuməti "Gülən camaatı"nın dövlət qurumlarındakı adamlarına qarşı əməliyyatlara başlayıb. ANS PRESS-in məlumatına görə, ilk əməliyyatlar Adana şəhər polis bölməsində həyata keçirilib.Əməliyyat-istintaq tədbirləri nəticəsində polis bölməsinin 8 əməkdaşı saxlanılıb. Onların evlərində həyata keçirilən əməliyyat-axtarış tədbirləri davam edir. Saxlanılanlar arasında iki nəfər Milli Kəşfiyyat Təşkilatının sabiq şöbə müdirləridir.Qeyd edək ki, Türkiyədə hakim Ədalət və İnkişaf partiyası bələdiyyə seçkilərində qalib gəldikdən sonra baş nazir Rəcəb Tayyib Ərdoğan Gülən camaatına qarşı mübarizə aparacaqlarını demişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !