Türkiyədə terror xəbərdarlığı

13:34 | 07.10.2014
Türkiyədə terror xəbərdarlığı

Türkiyədə terror xəbərdarlığı

Türkiyə kəşfiyyatı İŞID terror təşkilatı yaraqlılarının ölkədə terror aktları törədəcəkləri ilə bağlı məlumatlandırılıb.

Bu barədə “Kanal7” telekanalı məlumat yayıb.

Telekanal xəbər verir ki, yaraqlılar Türkiyə parlamentinin oktyabrın 2-də ordunun İraqda və Suriyadakı hərbi əməliyyatlarda iştirakına icazə verən mandatı qəbul etməsindən sonra terror aktları törətməyi planlaşdırıblar.

Qeyd edək ki, bu günlərdə Türkiyə parlamenti ölkə SQ-nin xaricdə hərbi əməliyyatlarda iştirakına icazə verib.

Mandatın lehinə 396 deputatdan 298-i, əleyhinə isə 98-i səs verib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti