Türkiyədə Xocalı abidəsi ucaldıldı - FOTOLAR

04:50 | 01.12.2013
Türkiyədə Xocalı abidəsi ucaldıldı - FOTOLAR

Türkiyədə Xocalı abidəsi ucaldıldı - FOTOLAR

Türkiyənin Uşak şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə hazırlanıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, abidə Uşak bələdiyyəsinin Karaağaç piknik sahəsində ucaldılıb

Abidə çarpazlanan iki əldən, qucağında uşaq meyiti tutan kişi və nalə çəkən qadından ibarətdir. Ətrafında isə qırğını əks etdirən foto stendlər yerləşdirilib. 

Azərbaycanın İstanbuldakı konsulu Kənan Murtazov bələdiyyə sədri Əli Ərdoğanı və abidəni ziyarət edib. Konsul Xocalıda ermənilərin törətdikləri vəhşilikləri əks etdirən abidənin yüksəldilməsini təqdir edib. 

Bələdiyyə başçısı da öz növbəsində Xocalı faciəsini unutmayacaqlarını deyib. "Xocalı qətliamı qardaş Azərbaycan xalqının yarasıdır. Biz də bu ağrını ürəklərimizdə hiss edirik. Buna görə qardaşlığımızı əks etdirən bu abidəni hazırladıq. Daha öncə söz verdiyimiz kimi abidənin hazırlanması və yaxın vaxtlarda açılışının olacağı bizi sevindirir”.

ANSPRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb