Türkiyədə “You-Tube” barədə yeni qərar verildi

09:37 | 10.04.2014
Türkiyədə “You-Tube” barədə yeni qərar verildi

Türkiyədə “You-Tube” barədə yeni qərar verildi

Türkiyədə video paylaşımı portalı “You-Tube”dan istifadəyə qoyulan məhdudiyyət aradan qaldırıldı. ANS PRESS-in xəbərinə görə, 13 günlük fasilədən sonra ötən axşam ölkədə “You-Tube”dan istifadə mümkün olub. Xatırladaq ki, martın 27-də Türkiyə Xarici İşlər Nazirliyindəki məxfi danışıqların “You-Tube”da yayılmasından sonra Gölbaşı “Sülh Cəza” məhkəməsinin qərarı ilə Telekommunikasiya və Rabitə Nazirliyi (TİB) bu portalın istifadəsinə məhdudiyyət qoymuşdu. “You-Tube” şirkətinin Türkiyədəki vəkili isə ötən həftə Gölbaşı “Sülh Cəza” məhkəməsinin, ötən gün isə Gölbaşı Birinci instansiya məhkəməsinin qərarına etiraz edib. Məlumata görə, məhkəmələr daha əvvəl portalın qadağası üçün verilən hökmü yox sayaraq bu istiqamətdə yeni qərar verib. Yeni qərara görə, sadəcə məxfi danışıqların olduğu 15 linkə məhdudiyət qoyulub, portalın yasaqlanması istiqamətində verilən qərar isə ləğv olunub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM