Türkiyədə “YouTube” yenidən bağlandı

09:33 | 05.04.2014
Türkiyədə “YouTube” yenidən bağlandı

Türkiyədə “YouTube” yenidən bağlandı

Türkiyədə məhkəmə “YouTube”a girişin bağlanması barədə qərarın qüvvədə saxlanması barədə qərar verib.APA-nın “Haberturk”ə istinadən verdiyi məlumata görə, Ankaranın Gölbaşı Cinayətlər Məhkəməsi bu qərarını cinayətə səbəb olan materialların “YouTube”-dən qaldırılmaması ilə əsaslandırıb. Qeyd edək ki, məhkəmə aprelin 4-də “YouTube”a girişin qadağan olunması barədə qərarı ləğv etmişdi. Qərar TİB (Telekommünikasyon İletişim Başkanlığı) adlanan dövlət telekommunikasiya qurumu tərəfindən icra olunduqdan sonra vətəndaşlar yenidən sərbəst şəkildə “YouTube”a daxil ola biləcəkdilər. Lakin aprelin 5-də gecə saatlarında qərar dəyişdirilib. Xatırladaq ki, Türkiyə Konstitusiya Məhkəməsi aprelin 3-də vətəndaşların fərdi müraciətləri əsasında “Twitter”ə girişin qadağan olunması barədə qərarı ləğv edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM