Avropa Birliyi Türkiyədəki 1,5 milyondan çox suriyalı qaçqın üçün yardım paketi hazırlayıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, AB-nin Xarici işlər üzrə ali nümayəndəsi Federika Mogherininin Türkiyə məsləhətçisi Giles Portman hazırladıqları yardım paketini Türk orqanlarına təqdim etdiklərini söyləyib.Portman, "AB suriyalı qaçqınlar üçün əlavə yardım paketi hazırladı və fikirini öyrənmək üçün Türkiyəyə təqdim edib. Paketi təsdiqləyib tətbiqə başlamaq üçün Türkiyə tərəfinin reaksiyasını gözləyirik", deyib. Portman bu yardımlarla düşərgələrdə yaxud da fərqli şəhərlərdə yaşayan suriyalılar üçün təhsil, səhiyyə, xidmətlərdən istifadə və peşə təhsili dəstəyi veriləcəyini bildirib.Portman Suriya böhranına Türkiyənin göstərdiyi humanitar reaksiyanın təqdir edilməsi lazım olduğunu ifadə edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !