Roma papası Françesko noyabrın 28-də Türkiyəyə səfər edəcək.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Papa səfər zamanı Türkiyə tərəfdən italyan istehsalı olan "FİAT Albea" model avtomobil istəyib. Lakin Türkiyə prezident statusunda olan Papanın tələbini geri çevirib və onu lüks avtomobillə təmin edəcək. Maşının "Mercedes" olacağı bildirilir.Papa İstanbulda 5 ulduzlu bir oteldə qalmağı da qəbul etməyib, o, Vatikan Nümayəndəliyinin Şişlidə olan iqamətgahında qalacaq. Onun İstanbul səfəri zamanı təhlükəsizliyini 7 minə yaxın polis təmin edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !