Türkiyəli jurnalist: “Şuşanın işğalını qəbul etmirik” - MÜSAHİBƏ

15:42 | 20.12.2013
Türkiyəli jurnalist: “Şuşanın işğalını qəbul etmirik” - MÜSAHİBƏ

Türkiyəli jurnalist: “Şuşanın işğalını qəbul etmirik” - MÜSAHİBƏ

“Biz jurnalistik, siyasəti siyasətçilərə buraxmalıyıq”Türkiyə Media-İş Sendikası (Həmkarlar) başkanı, Anadolu Agentliyinin şöbə müdiri Gürsel Eser Modern.az saytına müsahibə verib. Bakıya ildə ən azı 2 dəfə gəldiyini vurğulayan jurnalist hər dəfə burada inkişafa doğru fərqlilik gördüyünü vurğulayıb. - Bunlardan biri də Azərbaycanda internet mediasının inkişafıdır. Szidə bu sahədə olduqca fərqli və sürətlə irəliləyiş var. Biz bunu çox müsbət qarşılayırıq. Bakı ilə əməkdaşlıq içində olacağıq. Hətta ortaq bir təhsil layihəsi çərçivəsində işlər görə bilərik. Amma  Bakıdakı jurnalist yoldaşların ciddi mənada ictimai mediaya verdikləri əhəmiyyət və son zamanlarda qurulan internet portallarının bu qədər sürətli və gözəl , doğru , tərəfsiz , ciddi bir şəkildə xəbər vermələri bizi sevindirir. Öz internet saytlarımız qədər sizin də internet saytlarınızı təqib edirik. Modern.az Türkiyədə jurnalıistlərin sevimli saytıdır. Azərbaycanla bağlı xəbərləri ən çox buradan izləyirik. Mən ilk olaraq Bakıya 2010-cu ildə gəlmişdim. Bu müddət ərzində çox şey dəyişib. Son dövrlər fəaliyyətə başlayan xəbər portallarında, müsbət dəyişikliklər var. Müxbirlərin ictimai haqlarında da irəliləmələr var və bu bizi sevindirir.Biz heç bir yerdə belə bir şeylə qarşılaşmadıq ki, ölkə başçısı jurnalistlərə ev hədiyyə etsin. Bunu yalnız alqışlamaq lazımdır. Bizdə bu məsələdə ən yaxşı halda kredit köməyi edilir. Amma o krediti götürən jurnalist qəpiyinə qədər götürdüyü pulu geri ödəyir. Bu gün burada heç bir qarşılıq olmadan jurnalistlərə mənzil verilib, bu, təqdirəlayiqdir. Ən azı jurnalist dostlarımız yaşadıqları çətinliklərindən bir az xilas olublar. Bilirsiniz ki, jurnalistlər hər zaman hər yerdədirlər. Hər kəsin dərdini, problemlərini bilirlər. Amma təəssüf ki, onlar özlərinin sosial çətinliklərini çözə bilmirlər.- Gürsel bəy, yaxın zamanlarda Azərbaycan mediası ilə birgə gerçəkləşdirəcəyiniz layihələr varmı? - Biz buna hazırıq. Sizin Parlament Jurnalistlər Birliyi ilə ciddi əlaqələrimiz var. Bu əlaqələri genişləndirəcəyik. Bu təşkilatı Türkiyədə əksər jurnalistlər tanıyır. Bildiyim qədər Türkiyənin ən böyük journalist cəmiyyətləri ilə geniş əməkdaşlıqları da var. Bizim təşkilata gəlincə, Qarabağən baş şəhəri Şuşanın işğal gününü iki ildir Ankarada Parlament Jurnalistlər Birliyi ilə yad edirik. Əlimizdən gəldiyi qədər dostlara kömək dururuq. Biz Azərbaycanın Qarabağ problemi məsələsində Azərbaycan vətəndaşı ilə eyni mövqedəyik. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün əlimizdən gələn bütün səyi sərf edəcəyik. Şuşanın işğalını qəbul etmirik.- Türkiyədə jurnalistlərin hamısı bu məsələyə sizin kimi yanaşmırlar. İstanbul mediasının bu yöndə düşüncələri çox fərqlidir… - Artıq 21-ci əsrdə yaşayırıq. Bu zamanda qardaş ölkənin torpaqlarının işğalı bizi çox narahat edir. Türkiyədə bu hadisədən xəbərdar olmayan, yaxud da məsələyə kosmopolit düşüncə ilə yanaşan jurnalistlər var. Onun üçün də bu mövzuyla əlaqədar Türkiyədə jurnalistlər üçün Böyük bir konfrans keçirməyimiz vacibdir. Əminəm ki, bundan sonar onlar da bizim kimi düşünəcəklər. Biz hər zaman Azərbaycanı öz vətənimiz kimi görürük. Bunları bütün dünya mediasına izah etməyiiz lazımdır. Bunun üçün layihələr, dəyişik məlumatlandırma və simpoziumlar hazırlanmalıdır. Biz bu məsələdə hər zaman dəstəkçinizik. Bu məsələlərlə bağlı Azərbaycan Parlament Jurnalistlər Birliyi ilə ciddi layihələrimiz olacaq. - Siz jurnalistlərin social məsələləri ilə məşğul olan bir quruma rəhbərlik edirsiniz. Türkiyədə jurnalistlərinin aldıqları maaş sizi qane edirmi? - Bu elə bir məsələdir ki, heç zaman “hə” cavabını vermək olmaz. Türkiyədə təəssüf ki, çox çətinliklərimiz var. Peşə bizim üçün çox əhəmiyyətlidir. Mən media ilə bağlı həmkarlar təşkilatına rəhbərlik edirəm. Deyə bilərəm ki, Anadolu Agentliyinin əməkdaşlarının sosial hüquqları və şərtləri digər jurnalistlərə görə çox - çox yaxşıdır. Bunları sıralayacaq olsaq, həftəlik icazələrini, illik icazələrini, illik və aylıq ödənişlərində fərqli mövqeyə daşımış vəziyyətdəyik. Könül istər ki, bütün jurnalistlərin vəziyyəti yaxşı olsun. Ən pis peşə belə peşəsizlikdən yaxşıdır. Həqiqətən bütün dostlarımızın sosial hüquqlara sahib olmaları lazımdır. Təəssüf ki, bu Türkiyədə çox az seqmentdə var. Müdirlər işçilərə tam olaraq layiq olduqları haqları vermirlər.- Prezidentinizin jurnalistlərlə əlaqəsi necədir? - Prezidentin jurnalistlərlə əlaqəsi çox yaxşıdır. Twitter vasitəsi ilə jurnalistlərin tapa bilmədiyi fotoşəkilləri paylaşır. Biz oradan götürüb istifadə edirik. Bir gün dağ başında çobanla söhbət etdiyi yerdə, bir gün isə balıq tutduğu yerdə şəkil çəkər və bizlər üçün paylaşar. Əslində Prezidentimiz yaxşı bir fotoqrafdır və jurnalistlərin dostudur. Mən onu da bilirəm ki, siz də prezidentinizi “Jurnalistlərin dostu” élan etmisiniz. Sizləri alqışlayırıq. - Sizin dediklərinizə rəğmən, Türkiyədə bir çox jurnalist həbsədir. Dostluqla bu necə bir araya sığır? - Bəli, həbsdə olan jurnalistlər var. Jurnalist toxunulmaz deyil. Amma jurnalist yazdığı yazı üçün də həbs edilməməlidir. Səhv etdiyi zaman qanun qarşısında cəzasını çəkir. Bir jurnalist yazı yazdığı üçün həbsə atılsa , bu qəbul edilə bilməz. Bu gün Türkiyədə verdiyi xəbərə görə həbs olunan jurnalist yoxdur. Biz jurnalistik, yalnız jurnalistlik etməliyik. Siyasəti siyasətçilərə buraxmalıyıq . ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM