Türkiyənin məşhur sənətçisi olan Uğur İşılak “Çırpınırdı Qara dəniz” mahnısının bir bir erməni bəstəkarının əsəri olduğunu iddia edib. ANS PRESS-in məlumatına görə, məşhur ifaçı Azərin isə ifa etdiyi mahnının erməni bəstəsi olması barədə Uğur İşılakın iddialarına Türkiyə mətbuatı vasitəsi ilə cavab verib.
Azərin türkiyəli müğəninin səhv etdiyini və səhvindən dönməli olduğunu bildirib. Azərin “Çırpınırdı Qara dəniz ” mahnısının bəstəkarının dahi Üzeyir Hacıbəyov, sözlərinin isə böyük şair Əhməd Cavada məxsus olduğununu qeyd edərək deyib: "Bu mahnı axivlərdə və sənədlərdə mövcuddur. Mən yaşadığım müddətdə “Çırpınırdı Qara dəniz” mahnısı ''Sarı Gəlin olmayacaq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !