Türkiyəli nazir Şəhidlər Xiyabanında

16:29 | 23.11.2014
Türkiyəli nazir Şəhidlər Xiyabanında

Türkiyəli nazir Şəhidlər Xiyabanında

Bu gün Azərbaycanda Türkiyənin Mədəniyyət Günlərinə start verilib. 

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu gün Türkiyə Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi Heydər Əliyev Mərkəzində keçiriləcək.

Mədəniyyət günləri ilə əlaqədar Azərbaycanda səfərdə olan Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyində görüş keçirilib. Görüşdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan və Türkiyədə bu ölkələrin mədəniyyət günlərinin keçirilməsi iki ölkə arasında əməkdaşlığın daha da inkişafına öz töhfəsini verir.

Ömər Çelik isə öz növbəsində deyib ki, bu gün bütün sahələrdə olduğu kimi iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq strateji tərəfdaşlığa çevrilib.

Qonaqlar gün ərzində Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi ilə tanış olacaqlar.

Türkiyə Mədəniyyət Günləri noyabrın 27-ə kimi davam edəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM