Türkiyəli spiker Rəsulzadədən danışıb

11:10 | 30.01.2014
Türkiyəli spiker Rəsulzadədən danışıb

Türkiyəli spiker Rəsulzadədən danışıb

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi münasibətilə APA-ya eksklüziv açıqlama verib.

Açıqlamada deyilir: “Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin  anadan olmasının 130-cu ili münasibətilə tədbirlər keçirilir, mən də Rəsulzadəni hörmətlə anıram. Yazdığı kitablar, çıxardığı dərgi və qəzetlərlə azəri qardaşlarımızı aydınlatmağa çalışan Rəsulzadə təkcə Azərbaycanın yox, bütün türk dünyasının öncül aydınlarındandır. İmperialist qüvvələrin bütün dünyanı mühasirəyə aldığı XX əsrin birinci rübündə Azərbaycanın müstəqilliyi üçün mübarizə aparmış Məhəmməd Əmin Rəsulzadə Anadolu türkləri ilə tale müştərəkliyi yaratmış  Azərbaycanın qurucu lideridir. Sovet işğalına qarşı əyilmədiyinə görə həbsdə yatan və həyatını vətənindən uzaqda başa vurmaq məcburiyyətində qoyulan mərhum Rəsulzadə gənc nəsillər üçün də örnək alınacaq bir şəxsiyyətdir. Azəri qardaşlarımızın azadlığı və Azərbaycanın müstəqilliyi üçün hər çətinliyə sinə gərən böyük mübarizə adamı Məhəmməd Əmin Rəsulzadə gənc nəsillər tərəfindən nümunə götürülməsi lazım olan önəmli bir liderdir. Azərbaycanın əbədi şəkildə müstəqil qalması üçün zəmanəsinin ən önəmli fikir və əməl adamlarından biri olan Məhəmməd Əmin Rəsulzadənin doğumunun 130-cu ili münasibətilə keçiriləcək tədbirlər çox önəmlidir. Türk dünyasının birləşdirici simalarından biri olan mərhum Məhəmməd Əmin Rəsulzadəni hörmətlə anıram”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM