Türkiyəni dünya gücünə çevirəcək layihə reallaşır - FOTOLAR

11:56 | 05.04.2014
Türkiyəni dünya gücünə çevirəcək layihə reallaşır - FOTOLAR

Türkiyəni dünya gücünə çevirəcək layihə reallaşır - FOTOLAR

Türkiyə A400M hərbi nəqliyyat təyyarəsi alıb. 
ANS PRESS-in məlumatına görə, Türk Hava qüvvələrinin İspaniyanın Sevilya şəhərindən gətirtdiyi hərbi təyyarə Kayseridəki Hava Donanması tərəfindən istifadə ediləcək. Daha bir təyyarənin isə ilin sonunda gətiriləcəyi panlaşdırılır. Avropanın nəhəng "Airbus" şirkəti yeni bir layihə üzrə Almaniya, Fransa, İngiltərə, İspaniya və Türkiyə üçün ümumilikdə 174 təyyarə istehsal edəcək. Türkiyə bu müasir təyyarələrdən 10-nu alacaq.
500 türk mühəndisin 4 milyon saat dizaynına qatqı etdiyi bu proyektdə 1 milyard avroluq detalın istehsalı Türkiyədə reallaşıb. Layihə çərçivəsində təyyarə satışı olduqca Türkiyə ortaq olaraq bu satışdan pay alacaq.
Türkiyə 2018-ci ildə qədər 10 ədəd A400M təyyarəsi təslim alacaq və bununlada strateji bir gücə qovuşacaq. Dörd motorlu A400M 116 paraşütçü daşıya bilir. Təyyarənin sürəti saatda 780 kilometrdir.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM