Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan vəzifəsindən istefa verib.APA-nın xəbərinə görə, adı korrupsiya qalmaqalında hallanan Z. Çağlayan bu gün istefa vermək qərarına gəlib. Xatırladaq ki, Z. Çağlayanın oğlu Salih Kaan Çağlayan dekabrın 17-də İstanbul polisinin keçirdiyi rüşvət və korrupsiya əməliyyatı zamanı həbs edilib. Məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !