Unibank müştəriləri artıq Türkiyənin istənilən nöqtəsinə və ən sərfəli tariflərlə birbaşa pul köçürə biləcəklər. Unibank-ın qoşulduğu UPT (Universal Payment Transfer) sistemi Türkiyədə 14.000-dən çox xidmət nöqtəsi ilə sürətli, ucuz, etibarlı və son dərəcə asan pul köçürmə əməliyyatlarını mümkün edib. Bununla da, bankın qoşulduğu təcili pulköçürmə sistemlərinin sayı 12-yə çatdı.
Bank hazırda geniş xidmət şəbəkəsinə malik “Contact, “Western Union”"Faster" , "Xpress Money", "Migom", “LİDER”, “Zolotaya korona”, "BLİZKO", “Coinstar”, “ PrivatMoney” və yerli “Monex” təcili pul köçürmə sistemləri üzrə də xidmət göstərir.
Beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlığını ildən-ilə genişləndirən Unibank, pul köçürmə xidmətlərini genişləndirmək üzrə ölkə maliyyə qurumları sırasında ilk yerlərdədir. Bankın yeni və əvvəlki tərəfdaşı olan sistemlər dünyanın 190 ölkəsindən çoxunda fəaliyyət göstərərək, ümumilikdə 500 min xidmət məntəqəsini birləşdirir. Pul köçürmələri seçilmiş xidmət növündən asılı olaraq, 0,2%-dən başlayan tariflərlə həyata keçirilir.
Unibank-ın məhsul və xidmətləri haqda daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı!
ANN.Az