Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasına səfər edəcək.Bu barədə APA-ya Türkiyə Milli Müdafiə Nazirliyinin Kuala Lumpurda keçirilən DSA-2014 sərgisində təmsil olunan nümayəndə heyətindən məlumat verilib. Türkiyə müdafiə nazirinin Naxçıvana səfəri may ayına planlaşdırılır. Səfərin məqsədi barədə məlumat verilməyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !