Türkiyənin milli müdafiə naziri Bakıya gəlir

22:30 | 15.08.2014
Türkiyənin milli müdafiə naziri Bakıya gəlir

Türkiyənin milli müdafiə naziri Bakıya gəlir

Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyətinin sentyabr ayında Bakıya səfəri gözlənilir.Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. İ. Yılmaz sentyabrın 11-dən 13-dək Bakıda keçiriləcək ADEX-2014 I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılacaq. Nazir Azərbaycanda bir sıra görüşlər də keçirəcək. Heyətdə Türkiyə Milli Müdafiə Sənayesi Nazirliyinin müdafiə sənayesi katibi İsmayıl Dəmir, nazirliyin nəzdində fəaliyyət göstərən bir sıra strukturların nümayəndələri də təmsil olunacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM