Türkiyənin qaranlığa qərq olmasının səbəbi açıqlandı

14:32 | 06.04.2015
Türkiyənin qaranlığa qərq olmasının səbəbi açıqlandı

Türkiyənin qaranlığa qərq olmasının səbəbi açıqlandı

Ötən həftə Türkiyədə elektrik enerjisinin söndürülməsinin səbəbi elektrik paylama sistemində qapanma olub. 

Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız jurnalistlərə deyib. 

"Bir çox neqativ faktorlar eyni anda baş verdi, bu, olduqca nadir haldir. Bir neçə saniyə ərzində beş elektrik paylama xətti sıradan çıxıb. Şərqdən qərbə gedən elektrik xəttlərində yüklənmə həddi normadan çox olub. Onların avtomatik sönməsi baş verib və nəticədə ölkənin qərb və şərqi arasında əlaqə itib”, - nazir bildirib. 

Taner Yıldız əlavə edib ki, texniki səbəblə bağlı həmçinin operatorların səhvi də səbəb kimi nəzərdən keçirilir. O deyib ki, Türkiyənin elektrik paylama şirkətinin (TEİAS) direktoru Kamal Yıldır istefa verib, şirkətin bir sıra əməkdaşları onların qəzada rolunun müəyyən edilməsinə qədər işdən kənarlaşdırılıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti