Türkiyəyə təbii qazın verilişi bərpa olundu

09:48 | 10.02.2014
Türkiyəyə təbii qazın verilişi bərpa olundu

Türkiyəyə təbii qazın verilişi bərpa olundu

Sənqəçal terminalında baş vermiş texniki nasazlıq səbəbindən iki gün əvvəl Türkiyəyə təbii qazın verilməsində yaranan fasilə aradan qaldırılıb. ANS PRESS-in xəbərinə görə, bu barədə “İnterfax” agentliyinə Gürcüstan qazötürücü şirkətinin rəsmisi Mamuka Kobaxidze məlumat verib. Kobaxidze Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə qazın ötürülməsinin tam həcmdə bərpa olunduğunu deyib. “Azərbaycan “Şah Dəniz” yatağından təbii qazın həm Gürcüstana, həm də Türkiyəyə ötürülməsi tam həcmdə bərpa olunub”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM