Türkiyəyə rəsmi səfəri çərçivəsində bu gün prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşməsi planlaşdırılan Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov anasının xəstələnməsi ilə əlaqədar öz ölkəsinə qayıdıb.
ANN.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbə görə Çırağan Sarayındakı Beynəlxalq Türkmənistan İnvestisiya Forumunda iştirakı gözlənilən Türmənistan prezidenti Ankaradan İstanbula gələ bilməyib. Rəsmi mənbələrdə göstərilir ki, prezidentin tez bir zamanda öz ölkəsinə qayıtmasına görə Türkiyə dövlət başçısı Ərdoğan bu gün iki proqramı ləğv edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !