TÜRKSOY-un Baş katibi Hatayda zəlzələdən zərərçəkənlərə dəstək olub

22:00 | 12.03.2023
TÜRKSOY-un Baş katibi Hatayda zəlzələdən zərərçəkənlərə dəstək olub

TÜRKSOY-un Baş katibi Hatayda zəlzələdən zərərçəkənlərə dəstək olub

Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev Türkiyənin Hatay bölgəsinə gedərək zəlzələdən zərərçəkənlərə maddi və mənəvi dəstək olub.

Bu barədə TÜRKSOY-un Baş katibi Sultan Raev özü məlumat verib.

Sultan Raev açıqlamasında deyib ki, Hatayda zəlzələdən zərərçəkənlərlə görüşüb, onlara Orta Asiya mətbəxinə aid və bu bölgədə yaşayan xalqların milli yeməyi olan məşhur "Türküstan plovu”nu bişirib.

Baş katib bildirib: "Onların təkcə maddi deyil, həm də mənəvi dəstəyə, isti münasibətə ehtiyacı var. Mən orada uşaqların gözündə sadəcə gələcəyi deyil, güclü Türkiyəni də gördüm. Onlara qonaq etdiyimiz Orta Asiya plovunu isə bizim qardaşlığımızın və mənəvi birliyimizin əlaməti kimi qəbul etmələri məni çox məmnun etdi. Hataylılar ruhən güclüdür. Buna çox ümidləndim və sevindim. Həqiqətən də türkün gücü biliyindədir”.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM