TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib.
Anews.az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, təmsilçilyin yeni rəhbəri Murat Akkoçdur.
M.Akkoç uzun müddət "TRT AVAZ” Kanal koordinatoru olaraq fəaliyyət göstərib, Azərbaycan həqiqətlərinin "TRT AVAZ” kanalı vasitəsilə dünyaya çatdırılmasında müstəsna xidmətləri var.
TRT-nin bundan əvvəlki Bakı təmsilçisi Yıldıray Arslan isə vəzifə müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk etməyə hazırlaşır. O, oktyabr ayında Türkiyəyə qayıdacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !