Trump: "İranın dünənki hücumunda heç bir ABŞ əsgəri xəsarət almayıb"

21:13 | 08.01.2020
Trump:

Trump: "İranın dünənki hücumunda heç bir ABŞ əsgəri xəsarət almayıb"

ABŞ İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcək. 
 
Anews.az xəbər verir ki, bu barədə Donald Trump ABŞ-ın İraqdakı hərbi bazalarının İran tərəfindən raket atəşinə tutmasından sonra keçirdiyi canlı yayımda məlumat verib.
 
"İranın dünənki hücumunda heç bir ABŞ əsgəri xəsarət almayıb. Dünyanın ən vacib terroristini, Süleymanini öldürdük. Onu öldürərək terora dəstək verənlərə güclü mesaj verdik. İrana daha sərt sanksiyalar tətbiq edəcəyik. İran dünyada teroristlərin ən böyük sponsoru olub, nüvə silahları ilə mədəni dünyanı təhdid etməkdədir. Buna icazə verməyəcəyik". Fikirlərini səsləndirən Trump xəsarət alanların içərisində iraqlıların da olmadığını bildirib.
 
Qeyd edək ki, İran rəsmiləri bu gün səhər saatlarında ABŞ-ın İraqda yerləşən hərbi bazalarının raket atəşinə tutulmasından sonra 80-dən çox hərbçinin öldüyünü bildirmişdi.
 

 
Mahir Rüstəmli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti