2 ay öncə redaksiyamıza bir ana məktub
yazmışdı. Məktubda uşağının eşitmə qüsurlu olduğunu və ona qulaq aparatını ala
bilmədiyini qeyd etmişdi. Kömək üçün bizə yazan ana həmçinin bir neçə yerə
müraciət etsə də kömək ala bilməyib. "Mingəçevir şəhərində aparat
almaq üçün müraciət etsəm də bir həkim tərəfindən tənqid olundum. "Sən
uşağına bir qulaq aparatı ala bilmirsənsə necə valideynsən" - deyə xanım bildirmişdi. Bu tənqiddən təsirlənən ana borc edərək uşağına qulaq aparatı alıb.
Hara müraciət edəcəyini bilmədiyi üçün növbəti dəfə bizə məktub yazaraq yardım
istəyib.
Biz
də məsələ ilə bağlı "Azərbaycan Karlar Cəmiyyəti”nə və Tibbi-Sosial Ekspert
Komissiyasına rəsmi qaydada müraciət etdik. Hər iki qurum Rəhiməyə kömək edəcəyinə
dair söz verdi. Lakin müəyyən səbəblərdən "Azərbaycan Karlar Cəmiyyəti” bu məsələdə
yardım edə bilməyəcəklərini bildirdi. Rəhimənin valideynləri isə çox narahat
idi. Çünki məktəbin başlanmasına bir neçə gün qalırdı. Rəhimə eşitməsə dərslərini
oxuya bilməyəcəkdi.
Məsələ
son ana qədər diqqətimizdə qaldı. Nəhayət Rəhimənin anası Tibbi-Sosial Ekspert
Komissiyasına çağırılaraq qulaq aparatı ilə təmin olunub. Yalnız onun bir
qulağına aparat qoyulub və bildirilib ki, dövlət yalnız bir qulağı aparatla təmin
edir. Digər bir səbəb kimi bildirilib ki, digər qulağına aparat alınsa belə
eşitməyəcək çünki həmin qulaq eşitmə funksiyasını tamamilə itirib.
Məlumatı
olmayanlar üçün də qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqlara 18 yaşına
qədər dövlət tərəfindən reablitatsiya vasitələri verilir. Bəzən elə
vətəndaşlar olur ki, bu vasitələrin dövlət tərəfindən verilməsindən xəbərsiz
olur. Mütləq şəklində onlar bilməlidir ki, dövlət hər zaman onlara
reablitatsiya vasitələrini pulsuz verir. Bunun üçün sadəcə qeydiyyatda
olduqları TSEK-dən və xəstəxanadan arayış almaqla qeydiyyata düşməlidirlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !