TSEK 7 yaşlı Rəhiməyə kömək etdi - FOTO

12:51 | 18.09.2019
TSEK 7 yaşlı Rəhiməyə kömək etdi - FOTO

TSEK 7 yaşlı Rəhiməyə kömək etdi - FOTO

2 ay öncə redaksiyamıza bir ana məktub yazmışdı. Məktubda uşağının eşitmə qüsurlu olduğunu və ona qulaq aparatını ala bilmədiyini qeyd etmişdi. Kömək üçün bizə yazan ana həmçinin bir neçə yerə müraciət etsə də kömək ala bilməyib. "Mingəçevir şəhərində aparat almaq üçün müraciət etsəm də bir həkim tərəfindən tənqid olundum.  "Sən uşağına bir qulaq aparatı ala bilmirsənsə necə valideynsən" - deyə xanım bildirmişdi. Bu tənqiddən təsirlənən ana borc edərək uşağına qulaq aparatı alıb. Hara müraciət edəcəyini bilmədiyi üçün növbəti dəfə bizə məktub yazaraq yardım istəyib.

Biz də məsələ ilə bağlı "Azərbaycan Karlar Cəmiyyəti”nə və Tibbi-Sosial Ekspert Komissiyasına rəsmi qaydada müraciət etdik. Hər iki qurum Rəhiməyə kömək edəcəyinə dair söz verdi. Lakin müəyyən səbəblərdən "Azərbaycan Karlar Cəmiyyəti” bu məsələdə yardım edə bilməyəcəklərini bildirdi. Rəhimənin valideynləri isə çox narahat idi. Çünki məktəbin başlanmasına  bir neçə gün qalırdı. Rəhimə eşitməsə dərslərini oxuya bilməyəcəkdi.

Məsələ son ana qədər diqqətimizdə qaldı. Nəhayət  Rəhimənin anası Tibbi-Sosial Ekspert Komissiyasına çağırılaraq qulaq aparatı ilə təmin olunub. Yalnız onun bir qulağına aparat qoyulub və bildirilib ki, dövlət yalnız bir qulağı aparatla təmin edir. Digər bir səbəb kimi bildirilib ki, digər qulağına aparat alınsa belə eşitməyəcək çünki həmin qulaq eşitmə funksiyasını tamamilə itirib.

Məlumatı olmayanlar üçün də qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqlara 18 yaşına qədər  dövlət tərəfindən reablitatsiya vasitələri verilir. Bəzən elə vətəndaşlar olur ki, bu vasitələrin dövlət tərəfindən verilməsindən xəbərsiz olur. Mütləq şəklində onlar bilməlidir ki, dövlət hər zaman onlara reablitatsiya vasitələrini pulsuz verir. Bunun üçün sadəcə qeydiyyatda olduqları TSEK-dən və xəstəxanadan arayış almaqla qeydiyyata düşməlidirlər.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb