Tsereteli: “Azərbaycandakı proseslər ümidvericidir”

22:00 | 09.12.2019
"Biz Azərbaycandakı hadisələri izləyirik, proseslər ümidvericidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli jurnalistlərə açıqlamasında deyib. 
O bildirib ki, ATƏT-in institutları Azərbaycanda aparılan islahatlar prosesində aktiv iştirak edə bilər.

"Biz Azərbaycandakı hadisələri, o cümlədən də növbədənkənar parlament seçkilərinin elan edilməsi prosesini izləyirik. Azərbaycan Prezidentinin məqsədi parlamentin yenilənməsi ilə ölkədə həyata keçirilən islahatlar təşəbbüsünü asanlaşdırmaqdır. İqtisadi və siyasi sahələrdə bir çox dəyişikliklər davam edir. Biz görürük ki, hazırkı proseslər kifayət qədər ümidvericidir. Gələn ilin fevral ayına növbədənkənar parlament seçkiləri təyin edilib. Bu proses çox vacibdir və dəyişikliklər üçün daha yaxşı mühit yaradacaq. Təbii ki, proseslər Azərbaycan xalqı üçün də vacibdir. Düşünürəm ki ATƏT, ATƏT PA və ATƏT institutları bu proseslərdə aktiv iştirak edə bilər”, - deyə G. Tsereteli qeyd edib.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti