Qaynarinfo xəbər verir ki, bu barədə mərhum Babur Hüseynovun qohumu, aparıcı Cəlalə Nəzəroğlu sosial şəbəkədə məlumat yayıb.
Aparıcı qeyd edib ki, hər üç alpinistin adı qeyd edilən lövhə Mahmuddərə ərazisində qayaya vurulub. Lövhədə "Gələnlər keçdi getdi, torpaq qaldı, daş qaldı” sözləri də yazılıb.
Qeyd edək ki, Tufandağ istiqamətində yürüşə çıxmış alpinistlər 2017-ci ilin dekabr ayında itkin düşmüşdü, 2018-ci il mayın 18-də isə meyitləri tapılaraq ailələrinə təhvil verilmişdi. Babur Hüseynov Astaranın Giləkəran kənd qəbiristanlığında, Fəridə Cəbrayılzadə Masallı rayonunu Şərəfə kənd qəbiristanlığında, Namin Bünyatzadə isə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında atasının yanında dəfn edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !