ANN.Az xəbər verir ki, rəsmi olmayan statistikaya görə, hesablanan səslərin 54.5 faizini "Nida Tunis" ("Tunisin Çağırışı") Partiyasının lideri Əl-Baci Kaid es-Sibsi, 45.5 faizini isə keçid dövrünün prezidenti Muhammed Əl-Munsif əl-Merzuki toplayıb.
Ötən gün səsvermə bitdikdən sonra Merzuki zəfərin ona məxsus olacağını bəyan etmişdi, amma gecə saatlarında açıqlan qutuların 40 faizinindən toplanan rəqəmlərə görə Sibsi 54.8 faiz, Merzuki isə 46.2 faiz səs topladığı ortaya çıxmışdı.
Prezident seçkilərinin birinci turu 23 noyabrda baş tutub və nəticələrə görə, Sibsi 39,4, Merzuki isə 33.4 faiz səs toplaya bilmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !