"Toppuş bacı” kimi məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın yenidən səhhətində problemlər yaranması ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Tünzalə Əliyeva ilə əlaqə saxlayıb.
Aktrisa yayılan məlumatların həqiqəti əks etdirmədiyini dilə gətirib:
"Haqqımda yayılan xəbərlər dezinformasiyadan başqa bir şey deyil. Sadəcə, gedib müayinə olunmuşam. Gələn həftənin ilk günlərində gedib analizlərimin cavabını alacağam. Hazırda Milli Onkologiya Mərkəzində deyiləm, bu da şayiədir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !