Məşhurlar xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva üçün ayağa qalxıb.
BiG.AZ xəbər verir ki, mərhum xalq artisti Rəşid Behbudovun qızı Rəşidə Rəşid də bu kampaniyaya qoşulub. O, T.Əliyeva üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib:
"Bizim sevimli aktrisamızın qəmli gözlərinə necə baxmaq olar axı! O, dəfələrlə bizə gülüş və sevinc bəxş edib! Neçə-neçə evdə onun iştirakı ilə veriliş gedəndə insanlar televizor qarşısından ayrılmırdılar! Onun ailəsi, həyat yoldaşı, uşağı var. Təkcə dualar ona kömək etməyəcək! Mehriban Əliyevadan xahiş edirəm ki, ona yardım etsin. Mehriban xanım bu günə qədər onlarla insanı xilas edib. Əziz Mehriban xanım, bizim birinci-ledi, Birinci vitse-prezidentimiz, xahiş edirəm, bizim məsum Azərbaycan qadınına, anasına həyata qayıtmaqda kömək edin! Böyük hörmətlə, ürəkdən sizdən xahiş edirəm! Bilirəm, əziz Mehriban xanım, siz hər şeyi bacarırsınız!".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !