Tural Abbaslı: “Müsavatda gənclərin partiya başqanı olmasına qarşı çıxanlar var”

19:46 | 30.07.2014
Tural Abbaslı: “Müsavatda gənclərin partiya başqanı olmasına qarşı çıxanlar var”

Tural Abbaslı: “Müsavatda gənclərin partiya başqanı olmasına qarşı çıxanlar var”

“Müsavatda gənclərin partiya başqanı olmasına qarşı çıxanlar var. Belə bir təbliğata cəhd edilsə, bu, uğursuzluqla nəticələnəcək. Biz belə mübarizənin əleyhinəyik”.Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü, başqanlığa namizədliyə iddialı Tural Abbaslı deyib. T. Abbaslı qeyd edib ki, bəzi şəxslər tərəfindən səsləndirilən “gəncdən başqan olmaz” və ya “başqanlıqda yaş məhdudiyyəti olmalıdır” kimi fikirlərin əleyhinədir: “Biz o düşüncədə deyilik ki, gəncik deyə, hamı kənara çəkilib, yerini bizə versin. Biz qəbul edirik ki, bu, siyasi mübarizdir və burada hərə öz ambisiyasını, hədəfini həyata keçirmək uğrunda mübarizə aparır. Müsavatda gənclərin partiya başqanı olmasının əleyhinə çıxanlar olsa da, məhz mənim başqanlığa namizədliyimin əleyhinə əks arqument yox dərəcəsindədir. Çünki mənim ilk gündən partiya təşkilatçılığı, siyasi fəaliyyətim haqqında çatışmazlıq yoxdur. Eyni zamanda gənclər digər ölkələrdə nəinki partiyalar, hökumət idarəçiliyində də yaxından iştirak edirlər”. T. Abbaslı Müsavat başqanının müşaviri Səxavət Əlisoyun “başqan türk olmalıdır” fikrinə də münasibət bildirib: “Müsavat Partiyasında heç vaxt bir insanın milli, dini və ya cinsi mənsubiyyətinə görə ayrı-seçkilik olmayıb. Ancaq mən Səxavət Əlisoyun fikrinə normal yanaşıram və tənqid etmək fikrində deyiləm”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM