"Mən də hamı kimi toyuma qohum-əqrəba, dost-tanışı dəvət etmişəm. Siyasi cameədan isə şəxsi münasibətlərimizin formalaşdığı partiya sədrlərini çağırmışam”.
Bu sözləri "Qafqazinfo"ya açıqlamasında "Ağ partiya"nın sədri Tural Abbaslı toyu ilə bağlı danışarkən deyib.
"Mən onlarla yalnız debatlarda bir yerdə olmuşam. Şəxsi münasibətlərimiz olmadığı üçün deputatlardan heç kimi dəvət etməmişəm. Amma partiya sədrlərini çağırmışam. Partiya sədrlərinin 80 faizi toya dəvətlidir. İsa Qəmbər, Sərdar Cəlaloğlu, Mirmahmud Mirəlioğlu, İqbal Ağazadə və b."
"Ola bilər, mən hansısa partiyanın siyasi dəst-xəttini bəyənməyim, amma şəxsi insani münasibətlər fərqlidir. Prezident Administirasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin əməkdaşlarını da dəvət etmişəm. Onlarla ünsiyyətimiz var.
Qeyd edək ki, ötən ilin mayında nişanlanan Tural Abbaslı Müsavat Partiyasının üzvü, sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafillə ailə həyatı quracaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !