I Divizionda mübarizə aparan "Turan Tovuz" futbol klubu Azərbaycan Kubokunun 2021/2022 mövsümündə iştirakdan imtina edib.
Bu barədə Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Oqtay Abdullayev məlumat verib.
Abdullayevin sözlərinə görə, bu, komandanın gənclərdən qurulması ilə əlaqdardır: "Premyer Liqa və Divizion klubları arasında səviyyə fərqi çox böyükdür. Əsas heyətdə "Turan Tovuz" Futbol Akademiyasının 5 yetirməsi çıxış edir. Onları güclü rəqibə qarşı buraxaraq, "sındırmaq" istəmədik".
Abdullayev qərarın uzaq yol problemi ilə bağlı olmadığını söyləyib: "Onsuz da ilk oyunu evdə keçirəcəkdik. Sadəcə, səviyyə fərqini nəzərə alaraq, oynamamaq qərarına gəldik".
Bu mövsüm Azərbaycan Kubokunda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan "Zaqatala”, "Kəpəz”, "Qaradağ Lökbatan” və MOİK qüvvəsini sınayacaq. "Turan Tovuz" daha əvvəl 2018/2019 və 2019/2020 mövsümlərində də ölkə kubokunda çıxış etməyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !