“Turan Tovuz”un legioneri zədələnib

20:00 | 31.03.2023
"Turan Tovuz”un legioner futbolçusu Piruzi Marakvelidze zədələnib.

28 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXVIII turunda "Sumqayıt”la oyunda sıradan çıxıb.

Tovuz şəhər stadionunda keçirilən görüşün 42-ci dəqiqəsində əzələsi dartılan Marakvelidze mübarizəni davam etdirə bilməyib. Nəticədə baş məşqçi Ayxan Abbasov məcburi əvəzləməyə əl ataraq, onun yerinə Turan Vəlizadəni meydana buraxıb.

Hazırda birinci hissəsi gedən oyunda "Turan Tovuz” 2:1 hesabı ilə öndədir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb