Turistlər üçün 10 ən ucuz şəhər - Siyahı

21:43 | 19.06.2014
Turistlər üçün 10 ən ucuz şəhər - Siyahı

Turistlər üçün 10 ən ucuz şəhər - Siyahı

“TripAdvisor” səyahət saytı turistlər üçün daha ucuz şəhərlərin siyahısını tərtib edib. 
ANN.Az  “Media forum” saytına istinadən bildirir ki, şəhərlərin reytinq cədvəli iki nəfərin 4 ulduzlu oteldə bir günlük gecələməsi, hava limanından şəhərə və şəhərdən hava limanına taksi xidməti, restoranda şam yeməyi, 5 ulduzlu mehmanxanada kokteyl içkisinin dəyəri nəzərə alınmaqla tərtib olunub.
2014-cü ilin yayı üçün ən ucuz şəhərlərin ilk onluğu belə sıralanıb:
1. Hanoy, Vyetnam (155,3 dollar)
2. Cakarta, İndoneziya (161 dollar)
3. Şarm-əl-Şeyx, Misir (162 dollar)
4. Banqkok, Tailand (164,7 dollar)
5. Sofiya, Bolqarıstan (190,5 dollar)
6. Keyptaun, CAR (193,5 dollar)
7. Mumbay, Hindistan (193,7 dollar)
8. Kuala-Lumpur, Malayziya (198,7 dollar)
9. Praqa, Çexiya (200,7 dollar)
10. Budapeşt, Macarıstan (203,4 dollar).
Turistlər üçün ən bahalı şəhər London hesab olunub. Burada iki nəfər üçün taksi, şam yeməyi, kokteyl və 4 ulduzlu oteldə bir günlük gecələmə 528 ABŞ dollarına başa gəlir.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür