Turistlər üçün cib xəritələri hazırlanacaq

09:39 | 23.12.2013
Turistlər üçün cib xəritələri hazırlanacaq

Turistlər üçün cib xəritələri hazırlanacaq

Gəncənin 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar həyata keçiriləcək tədbirlər çərçivəsində şəhərin cib xəritəsinin, eləcə də Gəncəni əks etdirən suvenirlərin hazırlanması nəzərdə tutulub.

Bu barədə məlumat verən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev AzərTAc-a bildirib ki, qədim Nizami yurdu artıq Avropa gənclərinə yaxşı tanışdır. 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçilən Gəncə yaxın vaxtlarda xarici turistlər üçün ən maraqlı şəhərlərdən biri olacaq. Bütün bunlar nəzərə alınaraq yaxın vaxtlarda Gəncəyə aid müxtəlif suvenirlərin və turistlərin rahat hərəkəti üçün cib xəritələrinin hazırlanmasına başlanacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb